Populyar məhsullar

Hamısına bax

Yeni Məhsullar

Hamısına bax

Brendlər

Hamısına bax

Alsat.az – Hər kəs üçün...

Azərbaycan internet məkanında hələ də müəyyən boşluqların olduğunu nəzərə alan “Online Trading” MMC növbəti internet layihəsini – “Alsat.az” saytını istifadəçilərin istifadəsinə təqdim edir. Belə ki, sözügedən sayt Satıcı və Alıcı arasında çox rahat bir platforma formalaşdıraraq, hər iki tərəfin hüquqlarını qoruyaraq, istehsalçı tərəfin məhsulunu birbaşa istehlakçının qapısına çox keyfiyyətli formada çatdırılmasını təmin edir. Alış-veriş heç bu qədər asan olmamışdı...

Alsat.az – Müştərilər üçün...

İstənilən şəxs çox rahat şəkildə axtardığı istənilən növ məhsulu bizim saytımızda sifariş edərək, onu öz qapısına – evinə, bağına, ofisinə, ümumiyyətlə olduğu yerə gətizdirə bilər. Bunun üçün saytımızda müvafiq kateqoriya üzrə həmin məhsulu səbətə əlavə edərək, sifarişi reallaşdırmaq yetərlidir. Ödənişlər istər nağd, istər kart, istərsə də taksit kartları ilə keçərlidir. Əgər axtardığınız məhsulu saytda tapmasanız, bizimlə sadəcə əlaqə saxlayın, ən qısa zaman ərzində onu da sayta əlavə edək. Alış-veriş heç bu qədər asan olmamışdı...

Alsat.az – Satıcılar üçün...

Mağazanız var? Müştəri kontingentiniz sadəcə yerləşdiyiniz ərazi üzrə yerli əhalidir? Zəng vuraraq yeni məhsullarınızın olub-olmaması ilə maraqlanırlar? Qapıya çatdırılma tələb edirlər? Kartla hissə-hissəli ödəniş tələb edirlər? Çıxış yolunuz tapıldı! İndi “Alsat.az” saytında özünüzə mağaza açaraq məhsullarınızı təkcə öz köhnə müştərilərinizə deyil, təkcə Bakı şəhərinə deyil, bütün Azərbaycana da deyil, habelə bütün dünyaya çıxara bilərsiniz. Mağaza açmaq üçün sadəcə müraciət edin, menecerlərimiz sizinçün hər şeyi edəcəklər. Alış-veriş heç bu qədər asan olmamışdı...
 

Daha çox göstər