Kömək

Kömək

UCUZ QİYMƏTLƏR

Saytımızın əsas strategiyası bizdə mövcud olan bütün məhsulları bazar qiymətindən aşağı təklif etməkdir. Əgər hər hansısa məhsulu daha aşağı qiymətə baş yerdə görsəniz, bizə müraciət edin, dərhal satış qiymətimizə baxış keçirək.

PULSUZ ÇATDIRILMA

Məhsulun hansı sürətlə çatdırılmasını birbaşa müştəri seçmək imkanına malikdir. Ekspress çatdırılma növünü seçərək, məhsulu maksimum 4 saat ərzində Bakı şəhəri daxilində ünvanınıza gətirə bilərik. Alsat.az saytı məhsulları təkcə Bakı şəhəri daxilində deyil, bütün ölkə ərazisi boyu da deyil, məhz bütün dünyaya çatdırır. Odur ki, şirkətimizin çox geniş bir logistika planı var. Bu plan nəticəsində yerləşdiyiniz ərazi üzrə minimal alış-veriş məbləği təyin olunub ki, bu məbləğ üzərində edilən bütün növ sifarişlər düz qapınıza qədər pulsuz çatdırılır. Sözügedən məbləği öyrənmək üçün, bizimlə əlaqə saxlayın və əməkdaşlarımız sizə daha ətraflı məlumatı ötürəcəklər.

TƏHLÜKƏSİZ ÖDƏMƏ

Saytımızda məhsul sifarişini bir neçə fərqli formada reallaşdıra bilərsiniz: sayt üzərindən debet və kredit (taksit) bank kartları ilə, habelə birbaşa qapınızda debet və kredit (taksit) bank kartları və nağd şəkildə. Alsat.az saytı məhsulları təkcə nağd formada deyil, habelə onlayn ödənişlə (VISA, MAESTRO, MASTERCARD və d.) - bank kartları ilə satdığından, sayt daxilində təhlükəsizlik məsələlərinə çox ciddi fikir verir. Bunun nəticəsi olaraq, saytımızda bütün növ ödəniş kartlarını hər cür bank kartlarını xarici hücumlardan və pul oğurluqlarından qoruyan - SSL (Secure Sockets Layer) sertifikatı var. Brauzerinizin link hissəsində saytımızın adının önündəki qıfıl işarəsinin üzərinə tıklayaraq, həmin sertifikatla tanış ola bilərsiniz. Əgər sizə hələ də qaranlıq qalan məsələ varsa, bizimlə əlaqə saxlayın və əməkdaşlarımız sizə daha ətraflı məlumat ötürəcəklər.

RƏSMİ ZƏMANƏT

Saytımızdan sifariş etdiyiniz istənilən məhsul üçün təkcə istehsalçıdan deyil, habelə bizim şirkət tərəfindən də rəsmi zəmanət əldə etmiş olursunuz. Hansı məhsul üçün nə qədər zəmanət təklif edildiyini bilmək üçün saytın aşağı sağ küncündəki çat bölməsindən istifadə bilərsiniz.