Ayfər Tunç - "Əziz bəy hadisəsi"

Miqdar

Ayfər Tunç - "Əziz bəy hadisəsi"

Populyar türk yazıçısı Ayfer Tunçun «Əziz bəy hadisəsi» romanı və digər hekayələri bizim kədərli dünyamızın reallıqlarını əks etdirən hekayətlərdir. Ədəbiyyatda, kinematoqrafiyada belə əsərlərə «həyati əsərlər» deyilir.

Müəllif heç nəyi uydurmur, lirik, epik ricətlərə yer vermir, fantaziya qanadlarında uçmur, real hadisələri real boyalarla canlandırır, sadəcə çoxlarının fikir vermədiyi detalları qabardır, çoxlarının görmədiyi məqamları tutur, yazır. Və bunlarla əsərə dad, duz, kolorit verir.

«Əziz bəy hadisəsi» romanı o cür əsərlərdəndir. Əsər gənc musiqiçi Əzizin bir nazlı-qəmzəli erməni qızının sevdasına düşərək ana vətənini tərk edib Beyruta yerləşən, üç gün vüsal şirinliyi dadıb, altı ay boyunca iztirab çəkən Əzizin kədərli həyatından bəhs edir.

Müəllif Əziz bəyin faciəsini oxunaqlı bir dillə təsvir edir.

Ümumiyyətlə, Ayfer Tunçun digər əsərlərində də kiçik adamların böyük facilələri, eləcə də adekvat kədərləri qələmə alınır.

«Qar yolçusu» əsərində sevginin manyaka çevirdiyi insanın eşqindən və faciəsindən söhbət gedirsə, «Mikayılın ürəyi dayandı» novellasında dəli bir sevdanın, qısqanclığın sonda Məcnuna çevirdiyi Mikayılın ürəyini necə dayandırdığı təsvir olunur.

Müəllifin dili şirin və kədərlidir, hekayətləri orijinaldır və gerçəkdən də insanı ağıl-kamala, eyni zamanda saflığa çağırır.

Xüsusiyyətlər: Ayfər Tunç - "Əziz bəy hadisəsi"

Detallar
Brend
Qanun
Janrı
Roman
Kitabın müəllifi
Ayfər Tunç
Kitabın üz qabığı
Yumşaq
Ölçü
130x200
Nəşr ili
2012
Səhifə sayı
216
Mağaza
AlSat onlayn mağaza

Birkart Taksit

Müddət
Aylıq ödəniş
2 ay
{{ Number(active_product.actual_price/2).toFixed(2) }} AZN
3 ay
{{ Number(active_product.actual_price/3).toFixed(2) }} AZN
6 ay
{{ Number(active_product.actual_price/6).toFixed(2) }} AZN

0 Rəy Ayfər Tunç - "Əziz bəy hadisəsi"

Son baxış

Hamısına bax

Oxşar məhsullar

Populyar məhsullar

Hamısına bax