Azad Qaradərəli - "Şəhərcik"

Miqdar

Azad Qaradərəli - "Şəhərcik"

“Şəhərcik” yazıçı Azad Qaradərəlinin sayca üçüncü romanıdır. Müəllif əsərdə günümüzün ən önəmli problemi olan insanın özünün, onun yaşadığı şəhərinin, ölkəsinin get-gedə kiçildiyini, əsl insani bağların daraldığını önə çəkmiş, insanların bir göz qırpımında heyvani şəklə düşdüyünü, onların əslində göründüyü kimi olmadığını, hət­ta yedikləri qidanın belə saxtalığını onlara göstərməklə bəşəriyyəti nələrin təhdid etdiyini verməyə çalışmışdır. Ən pisi odur ki, bütün bunların bir səbəbi öz ilkinliyini, ba­kirəliyini itirmiş təbiət və mühitdirsə, o biri səbəbi heyvani hisslərinə aşırı bağlılığı ilə seçilən insanların özləridir.
Əsərin həm qorxunc, həm də düşündürücü bir süjet xətti var: bir gün romanın qəhrəmanı olan Ağaquliyev sə­hər oyanır və görür ki, şimpanze kimi qapqara qılın, tükün içindədir… Elə bütün qeyri-adi, inanılmaz hadisələr də bundan sonra baş verir.
Romanda bir fikrə iki münasibət görsəniz, təəccüblən­məyin. Nədən ki, əsərin həm “Müəllifdən” hissəsində (baş­lıqda), həm də içərilərində rastlaşacağınız özünün ikinci müəllif olduğunu iddia edən biri də var və o bildirir ki, əslində əsəri özü yazıb, sadəcə başqasının adıyla çap olunur. Bir sözlə, qeyri-ənənəvi üslubda yazılan bu romanda oxucunu çoxlu sürprizlər gözləyir.

Xüsusiyyətlər: Azad Qaradərəli - "Şəhərcik"

Detallar
Brend
Qanun
Janrı
Nəsr
Kitabın müəllifi
Azad Qaradərəli
Kitabın üz qabığı
Yumşaq
Nəşr ili
2014
Səhifə sayı
328
Mağaza
AlSat onlayn mağaza

Birkart Taksit

Müddət
Aylıq ödəniş
2 ay
{{ Number(active_product.actual_price/2).toFixed(2) }} AZN
3 ay
{{ Number(active_product.actual_price/3).toFixed(2) }} AZN
6 ay
{{ Number(active_product.actual_price/6).toFixed(2) }} AZN

0 Rəy Azad Qaradərəli - "Şəhərcik"

Son baxış

Hamısına bax

Oxşar məhsullar

Populyar məhsullar

Hamısına bax