Cəmil Həsənli - "Azərbaycanda sovet liberalizmi"

Miqdar

Cəmil Həsənli - "Azərbaycanda sovet liberalizmi"

Oxuculara təqdim edilən bu kitab professor Cəmil Həsənlinin uzun illər apardığı elmi axtarışların nəticəsidir. Əsər xronoloji baxımdan müəllifin on il nəşr olunmuş “Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar (1954-1959) monoqrafiyasının davamıdır. Kitabda ötən əsrin 60-cı illərində Azərbaycanda siyasi rəhbərliyin formalaşması, sosial-iqtisadi və mədəni həyatda baş verən dəyişikliklər, cəmiyyətin Stalinin şəxsiyyətə pərəstiş düşüncəsindən azad olunması, ədəbiyyat və sənətdə müşahidə edilən yeni meyllər, yaradıcılıq təşkilatlarında gedən proseslər və sair məsələlər əhatə edilmişdir. Monoqrafiya XX əsr Azərbaycan tarixinin Vəli Axundov onilliyini əhatə edir və bütün məsələlərə də bu kontekstdə yanaşılmışdır. Monoqrafiyanın hazırlanmasında müəllif Azərbaycan Respublikası və Rusiya Federasiyasının partiya, dövlət, hökumət sənədlərinin saxlandığı müxtəlif arxivlərin materiallarından geniş istifadə etmişdir. İlk dəfə elmi dövriyyəyə gətirilən çoxlu sayda nadir arxiv materialları araşdırmanı tənqidə dözümlü, müəllifin fikir və mülahizələrini etibarlı etmişdir. Kitab Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə məşğul olan mütə­xəssislər, humanitar ixtisaslar üzrə təhsil alan tələbələr və yaxın keçmişimizin tarixinə maraq göstərən geniş oxucu dairəsi üçün nəzərdə tutulur.

Xüsusiyyətlər: Cəmil Həsənli - "Azərbaycanda sovet liberalizmi"

Detallar
Kitab müəllifi
Cəmil Həsənli
Kitabın üz qabığı
Qalın
Ölçü
165x235
Nəşr ili
2018
Səhifə sayı
760
Brend
Qanun
Janrlar
Politologiya
Mağaza
AlSat onlayn mağaza

Birkart Taksit

Müddət
Aylıq ödəniş
2 ay
{{ Number(active_product.actual_price/2).toFixed(2) }} AZN
3 ay
{{ Number(active_product.actual_price/3).toFixed(2) }} AZN
6 ay
{{ Number(active_product.actual_price/6).toFixed(2) }} AZN

0 Rəy Cəmil Həsənli - "Azərbaycanda sovet liberalizmi"

Son baxış

Hamısına bax

Oxşar məhsullar

Populyar məhsullar

Hamısına bax