Əsli E.Perker - "Cəllad məzarlığı"

Miqdar

Əsli E.Perker - "Cəllad məzarlığı"

Əsasən bir qətl hadisəsi üzərində qurulan bu psixoloji romanda, demək olar, dörd nəfər – Həmid, İsa, Lütfü və Fuad ətrafında baş verənlərdən danışılır. Həmid tanınmış tətikçi – killer olaraq “təmiz iş” görməkdə ad çıxarıb. İsa isə qəbiristanlıq – məzarlıq keşikçisi olaraq Həmidin öldürdüyü adamları adlı, adsız qəbirlərə gömməklə izi itirməkdə ona yardımçı olur. Lütfünü dayısının – Həmidin köməkçisi saymaq olar, o da bu dünyada özünü sınamaq istəyir. Dayısına heyranlıqla yanaşı qorxu hissi də onu daim izləyir. Fuad isə təsadüfü bir qətli törədib onun qurbanına çevrilib. Universitet tələbəsi olan bu gənc istəmədən elədiyi cinayətin izini itirmək üçün bir zamanlar yaxşılıq etdiyi Lütfüyə üz tutur. Sanki hər şeydən qurtulur, cinayəti gizlətməyi bacarır. Ancaq bu gizlətdikləri onu içəridən, daxildən didib-dağıdır.

Yazıçı gəncin psixoloji sarsıntılarını, iztirablarını oxucuya çılpaq şəkildə çatdırmaq bacarığıyla onu da sanki hadisələrin iştirakçısına çevirir, gərginlikdə saxlayır.

Türkiyəli yazıçı Əsli E.Perkerin romanı hər janrda – istər psixoloji, istər detektiv – əsərləri sevən oxucular üçündür.

Xüsusiyyətlər: Əsli E.Perker - "Cəllad məzarlığı"

Detallar
Brend
Qanun
Janrı
Roman
Kitabın müəllifi
Əsli E.Perker
Kitabın üz qabığı
Yumşaq
Ölçü
130x200
Nəşr ili
2013
Səhifə sayı
304
Mağaza
AlSat onlayn mağaza

Birkart Taksit

Müddət
Aylıq ödəniş
2 ay
{{ Number(active_product.actual_price/2).toFixed(2) }} AZN
3 ay
{{ Number(active_product.actual_price/3).toFixed(2) }} AZN
6 ay
{{ Number(active_product.actual_price/6).toFixed(2) }} AZN

0 Rəy Əsli E.Perker - "Cəllad məzarlığı"

Son baxış

Hamısına bax

Oxşar məhsullar

Populyar məhsullar

Hamısına bax