Hümbət Həsənoğlu - "Aforizmlər"

Miqdar

Hümbət Həsənoğlu - "Aforizmlər"

Aforizmlər ədəbiyyatın ən çətin sahəsidir. Çünki afo­rizmdə yazar bir-iki cümlə ilə bəzən böyük bir əsərin ideyasını ifadə edir. Və maraqlı aforizmlər sonralar atalar sözləri kimi dillər əzbəri olur, insanlar onlardan çox bəhrələnirlər. Mən dünyada bir çox yazıçılar, filosoflar, dövlət xadimləri və başqa peşə sahibləri tanıyıram ki, onların yazdığı aforizm və sitatlar dünya xalqlarının sevə-sevə oxuduğu və öz həyatında tətbiq etdiyi qızıldan qiymətli fikirlərdir. Bu isə müəllifdən orijinal düşüncə tələb edir. Ona görə də aforizm yazmağa hətta yüksək təfəkkürlü insanlar belə  çox vaxt cürət etmirlər. Çünki bu işin məsuliyyətini başa düşürlər. Deməli, aforizmlər müəllifi çox böyük təfəkkürə, dərin ağıla, yüksək müşahidəyə və həddindən artıq böyük fəlsəfi duyuma, təxəyyülə  malik olmalıdır. Bununla yanaşı, çoxlu aforizmlər və atalar sözləri oxumalı, çoxlu əsərlər mütaliə eləməlidir ki, öz aforizmlərində təsadüfən başqa müəllifləri təkrar etməsin. 
Qarşımda yaxından tanıdığım, maraqlı yazıçı Hümbət Həsənoğlunun yeni “Aforizmlər” kitabı var. Burada müəl­lifin 1400-ə qədər aforizmi toplanıb. Bu onun ikinci “Aforizmlər” kitabıdır. Mən onun birinci aforizmlər kitabını da oxumuşdum və həmin kitaba da ön söz yazmaq mənə nəsib olmuşdu. Bu kitabı da böyük həvəslə oxudum və bir daha Hümbət Həsənoğlunun ağlına, təfəkkürünə, böyük fəlsəfi düşüncəyə malik olmasına heyran oldum. 

Xüsusiyyətlər: Hümbət Həsənoğlu - "Aforizmlər"

Detallar
Brend
Qanun
Janrı
Nəsr
Kitabın müəllifi
Hümbət Həsənoğlu
Kitabın üz qabığı
Yumşaq
Ölçü
130x200
Nəşr ili
2019
Səhifə sayı
352
Mağaza
AlSat onlayn mağaza

Birkart Taksit

Müddət
Aylıq ödəniş
2 ay
{{ Number(active_product.actual_price/2).toFixed(2) }} AZN
3 ay
{{ Number(active_product.actual_price/3).toFixed(2) }} AZN
6 ay
{{ Number(active_product.actual_price/6).toFixed(2) }} AZN

0 Rəy Hümbət Həsənoğlu - "Aforizmlər"

Son baxış

Hamısına bax

Oxşar məhsullar

Populyar məhsullar

Hamısına bax