Jan-Pol Sartr - "Ürəkbulanma"

Miqdar

Jan-Pol Sartr - "Ürəkbulanma"

XX əsrin ən böyük mütəfəkkirləri sırasında yer alan görkəmli fransız filosofu və yazıçısı Jean-Paul Sartre ateistik yönümlü ekzistensializmin təmsilçisi və onun ilk yaradıcılarından biri hesab olunur. Sartre-ın fəlsəfi fəaliyyətindən ədəbi yaradıcılığa keçdiyi dövrün başlanğıcında yazdığı “Ürəkbulanma” əsəri tənqidçilərin böyük çoxluğu tərəfindən onun ən uğurlu romanı hesab edilir. Əsər Antuan Rokantenin gündəlikləri şəklində yazılmışdır, qəhrəmanın öz adi həyatından və cəmiyyətdən uzaqlaşması, tənhalığa qapılaraq, mövcudluğun mahiyyətini dərk etməsi prosesini detallı şəkildə təsvir edir. Ömrünün 6 ilini dünyanın ən görməli və maraqlı yerlərinə səfər etməklə keçirən Rokanten günlərin birində öz ömrünün və onun bağlı olduğu həyatın qarşılıqlı asılılığı üzərində dərin düşüncələrə qapılır. Bir anın içində mexaniki şəkildə dərk edilən anlayışlar öz mənasını itirir və həyat öz çılpaqlığı ilə əsərin qəhrəmanının qarşısında dayanır. Qarşılaşdığı bu absurdluq Rokantendə ikrah doğurur və bu ikrahdan doğan ürəkbulanma onun həyatına daxil olub birdəfəlik qərarlaşır. Öncə nə baş verdiyini anlamayan Rokanten tədricən bu ürəkbulanmanın onun şüurunda yaranan bir əzabın və iztirabın nəticəsi olduğunu anlamağa başlayır. Onun bu düşüncələrinin fonunda yazıçı oxucunu çox maraqlı və həyəcanlı hadisələrlə tanış edir, bir insan şəxsiyyətinin timsalında mənəvi-psixoloji çevrilmənin qısa tarixini yaradır.

Xüsusiyyətlər: Jan-Pol Sartr - "Ürəkbulanma"

Detallar
Brend
Qanun
Janrı
Dünya klassikləri
Kitabın müəllifi
Jan Pol Sartr
Kitabın üz qabığı
Yumşaq
Ölçü
145x210
Nəşr ili
2019
Səhifə sayı
272
Mağaza
AlSat onlayn mağaza

Birkart Taksit

Müddət
Aylıq ödəniş
2 ay
{{ Number(active_product.actual_price/2).toFixed(2) }} AZN
3 ay
{{ Number(active_product.actual_price/3).toFixed(2) }} AZN
6 ay
{{ Number(active_product.actual_price/6).toFixed(2) }} AZN

0 Rəy Jan-Pol Sartr - "Ürəkbulanma"

Son baxış

Hamısına bax

Oxşar məhsullar

Populyar məhsullar

Hamısına bax