Jon Man - "Çingiz Xan"

Miqdar

Jon Man - "Çingiz Xan"

Con Menin “Çingiz xan” romanını tarixi roman janrında yeni cığır, hətta novatorluq adlandırmaq olar. Yazıçı özündən əvvəl bu janrda möhtəşəm əsərlər yaradan sələf-həmkarlarından fərqli olaraq uzun-uzadı təsvirlərə, dialoqlara yer verməyib, əsasən arxiv materialları ilə işləyib, romanda sözü gedən coğrafi məkanlara baş çəkib, tarixi yerləri şəxsən görüb.

Bundan başqa, Con Men 850 il əvvəl baş vermiş əhvalat­la­rın epik təsvirindənsə, tarixi hadisə və proseslərin təhlilinə üs­tünlük verib. Bu zaman o, öz üzərinə bitərəf araşdırmaçılıq vəzifəsi götürüb və bu işin öhdəsindən uğurla gəlib.

Romanı oxuyanda Çingiz xanın şəxsiyyətinə müəyyən rəğ­bət elementləri sezmək də mümkündür. Ancaq yazıçı böyük fa­tehin dövründə bilavasitə onun əmri ilə törədilmiş qır­ğın­lardan, hətta müasir dövrdə genosid siyasətindən, bəşəriyyətə qarşı cinayət sayıla biləcək hadisələrdən də bəhs edib. Sadəcə, bu za­man o, həmin hadisələrə tarix kontekstindən yanaşıb.

Qədim və müasir monqolların Çingiz xanın şəxsiyyətinə pə­rəstiş etmələrinin səbəbi əsərdə məntiqli bir şəkildə açılıb.

Müəllif 15 yaşlı bir əsir uşağın xoş təsadüf və öz fərasəti nə­ti­­cəsində əsirlikdən qurtularaq necə dünya fatehinə çevrilmə­sini, Koreya yarımadasından tutmuş Macarıstana qədər nəhəng bir ərazidə qurduğu imperiyaya rəhbərlik etməsini bütün müsbət və mənfi cəhətləri ilə birlikdə təsvir edib.

Bu baxımdan “Çingiz xan” əsəri müvafiq mövzuda yazılmış minlərlə əsər içində öz layiqli yerini tutur və bu möhtəşəm ro­man dünya şəxsiyyətlərinin həyatı ilə maraqlanan oxucular üçün əvəzsiz əsərdir.

Çingiz xan haradadır? O ölməyib. Belə olub.

Uzaq ölkələrin birində bir çar yaşayırmış. Onun bir qı­zı varmış. Bir gün Çingiz xan o qızı özünə istəyir. Belə olan­da çar qızına deyir: “Al bu bıçağı. O, balaca və itidir. Pal­tarında gizlət. Bir gün vaxt gələcək, onu nə etmək la­zım olduğunu biləcəksən”.

Müqəddəs Çingiz onunla yatağa girəndə qız bıçağı çı­xarır və onu xədim edir. Çingiz ağrıdan qışqırır, adamlar tökülüşüb gəlir. Ancaq Çingiz onlara yalnız bunu deyir: “Bu qızı aparın, mən yatmaq istəyirəm”.

O, yuxuya gedir və bir daha oyanmır. Məgər Müqəd­dəs Çingiz özünü sağalda bilməz? Bir gün o sağalanda ayı­­lacaq və öz xalqını xilas edəcək.

 

Xüsusiyyətlər: Jon Man - "Çingiz Xan"

Detallar
Kitab müəllifi
Con Man
Kitabın üz qabığı
Yumşaq
Ölçü
130x200
Nəşr ili
2016
Səhifə sayı
480
Brend
Qanun
Janrlar
Memuarlar
Mağaza
AlSat onlayn mağaza

Birkart Taksit

Müddət
Aylıq ödəniş
2 ay
{{ Number(active_product.actual_price/2).toFixed(2) }} AZN
3 ay
{{ Number(active_product.actual_price/3).toFixed(2) }} AZN
6 ay
{{ Number(active_product.actual_price/6).toFixed(2) }} AZN

0 Rəy Jon Man - "Çingiz Xan"

Son baxış

Hamısına bax

Oxşar məhsullar

Populyar məhsullar

Hamısına bax