Larissa Vasilyeva - "Kremlin arvadları"

Miqdar

Larissa Vasilyeva - "Kremlin arvadları"

Rus yazıçısı L.Vasilyevanın «Kremlin arvadları» kitabı 1917-ci ilin oktyabrından 1991-ci ilin avqustuna kimi, əvvəlcə XKS – bolşevik, sonra da SSRİ – kommunist diktaturası rəhbərlərinin həyat yoldaşları-arvadlarına həsr olunmuşdur. Son dərəcə əhatəli və əsrin axırlarında SSRİ dağılana kimi arxivlərin xüsusi bölmələrində tamamilə və həmişəlik məxfi möhürü ilə saxlanılan partiya və dövlət təşkilatların rəsmi sənədlərindən, faktiki materiallardan lazımınca istifadə etmiş müəllif, qalın Kreml divarları əhatəsində baş vermiş qadın faciələrinin səbəbləri və səbəbkarları haqqında oxuculara ətraflı məlumat verir. İ.Stalinin həyat yoldaşı Nadejda Alliluyevanın intiharından sonra, Kreml rəhbərləri arvadlarının həbs edilib ölüm düşərgələrinə sürgünə göndərilmələrinin miqyasları günü-gündən genişlənərək, onun ölüm gününə kimi davam etmişdir.

Üç hissə, 664 səhifə və 150-dən artıq personajdan ibarət kitabda bir nəfər də olsun bədii obraz yoxdur, bir dənə də müəllif uydurması təsvir olunmamışdır- hamısı Kreml rəhbərləri arvadlarının faciəli həyatlarının şərhidir.

Məhz buna görə də müəllif, sovet-kommunist diktaturasının çoxsaylı cinayətlərinin bir qismi olan, Kremldə ancaq partiya və dövlət rəhbərlərinin arvadlarına qarşı həmin o diktaturanın güc strukturları tərəfindən törədilən cinayətləri ustalıqla sadalayaraq, oxucuları həm bu faciələrin, həm də diktator və diktator ətrafının qeyri-insani fəaliyyət haqqında daha da dərindən düşünməyə dəvət edir.

Xüsusiyyətlər: Larissa Vasilyeva - "Kremlin arvadları"

Detallar
Kitab müəllifi
Larisa Vasilyeva
Kitabın üz qabığı
Yumşaq
Ölçü
130x200
Nəşr ili
2013
Səhifə sayı
664
Brend
Qanun
Janrlar
Memuarlar
Mağaza
AlSat onlayn mağaza

Birkart Taksit

Müddət
Aylıq ödəniş
2 ay
{{ Number(active_product.actual_price/2).toFixed(2) }} AZN
3 ay
{{ Number(active_product.actual_price/3).toFixed(2) }} AZN
6 ay
{{ Number(active_product.actual_price/6).toFixed(2) }} AZN

0 Rəy Larissa Vasilyeva - "Kremlin arvadları"

Son baxış

Hamısına bax

Oxşar məhsullar

Populyar məhsullar

Hamısına bax