Oskar Uayld - "Dorian Qreyin portreti"

Miqdar

Oskar Uayld - "Dorian Qreyin portreti"

“Dorian Qreyin portreti” – Oskar Uayldın ən qalmaqallı və uğurlu əsəri… Onun öz dili ilə desək, “Bir ruhun hekayəsi”! Bu əsərin nəşr olunmasından 120 ilə yaxın bir vaxt keçsə də, hələ də oxucuları və rejissorları özünə cəlb edir. “Dorian Qreyin portreti” əsasında otuza qədər film çəkilib. Daim gözəl qalmaq üçün öz ruhunu şeytana satan bir gəncin faciəvi taleyindən bəhs edən əsər ingilis ədəbiyyatının şedevri sayılır. Əsər aforizmlərlə və fəlsəfi fikirlərlə zəngindir. Dorian Qrey yaşca özündən böyük olan dostu lord Henrinin təsiri ilə heç bir sərhəd tanımayan prinsipsiz və pozğun bir gəncə çevrilir. O mənəviyyatını əbədi zahiri gözəlliyə dəyişir. Cismi dəyişilməz qalır, ruhu isə çürüyür. Onun bütün daxili eybəcərlikləri, şöhrətpərəstliyi, cinayətləri, satqınlığı, təkəbbürü rəssam Bezilin çəkdiyi portretinə hopur. Dorian gənc aktrisa Sibil Veynə vurulur, amma bir az sonra ondan üz döndərir. Buna dözməyən qız zəhər içərək intihar edir. Öz mənəviyyatının güzgüsü olan bu portreti çəkdiyinə görə Bezilə nifrət edən Dorian Qrey bir gün onu qətlə yetirir və bir tanışının köməyilə cəsəddən qurtulur. Üstü bəzək, altı təzək olan kübar həyatın simvoluna çevrilən və hər cür həzzin dadına baxan, lakin xoşbəxt olmayan Dorian Qrey bu həyatın bayağılığından, mənasızlığından bezir  

Xüsusiyyətlər: Oskar Uayld - "Dorian Qreyin portreti"

Detallar
Kitab müəllifi
Oskar Uayld
Kitabın üz qabığı
Yumşaq
Ölçü
145x210
Nəşr ili
2019
Səhifə sayı
216
Brend
Qanun
Janrlar
Dünya klassikləri
Mağaza
AlSat onlayn mağaza

Birkart Taksit

Müddət
Aylıq ödəniş
2 ay
{{ Number(active_product.actual_price/2).toFixed(2) }} AZN
3 ay
{{ Number(active_product.actual_price/3).toFixed(2) }} AZN
6 ay
{{ Number(active_product.actual_price/6).toFixed(2) }} AZN

0 Rəy Oskar Uayld - "Dorian Qreyin portreti"

Son baxış

Hamısına bax

Oxşar məhsullar

Populyar məhsullar

Hamısına bax