Diş ətində əmələ gələn qanaxmalar

  • 15 Dekabr 2021
  • 50

Dişlərin sağlamlığı insanın həyat keyfiyyətinə ciddi təsir edən çox vacib və diqqət yetirilməli bir məsələdir. Dişlər həm xarici görünüş, həm də qidalanma baxımından böyük əhəmiyyət kəsb etdiyi üçün baxımsız ağız boşluğu insanların sosial, psixoloji və fizioloji həyat keyfiyyətlərinə ciddi təsir göstərir. Ümumi diş problemləri arasında diş ətinin qanaması ən çox rast gəlinən hallardan biridir. Diş ətinin qanaması adətən alma yeyərkən və ya dişləri fırçalayarkən müşahidə olunsa da, sözügedən halların xaricində də baş verə bilər.

ALSAT.az problemin səbəbini öyrəmək üçün stomatoloq Rasima Axnazarovaya müraciət edib. O, diş ətində əmələ gələn qanaxmaların müxtəlif səbəbləri olduğunu bildirib.

“Diş ətinin qanaması ilk növbədə diş daşlarının (damaq içi və damaq üstü) və ərplərin yığılmasının nəticəsində baş verir. Bundan başqa, dişlərin əyri olması da sözügedən problemi ərsiyyəyə gətirir. Nadir hallarda isə problemin qaynağı böyük miqdarda C vitamini çatışmazlığı olur.”