Dünyanın ən bahalı şirkəti dəyişdi

  • 1 Noyabr 2021
  • 23

“Apple” dünyanın ən bahalı şirkəti ünvanını “Microsoft”a təslim edib.

ABŞ-ın texnologiya nəhəngi olan “Apple”nin şirkət dəyəri 2 trilyon 476 milyard dollar səviyyəsinə geriləyib. “Microsoft” isə bunun əvəzinə şirkət dəyərini 2 trilyon 490 milyard dollara çatdırıb. Beləliklə, ABŞ-ın digər texnologiya şirkəti olan “Microsoft” dünyanın ən bahalı şirkəti sıralamasında birinci yeri əldə edib.

Qlobal tədarük zəncirində problemler yaşayan “Apple”nin bu səbəblə satışları gözləntiləri qarşılaya bilməyib. Beləliklə, bu da şirkətinin dəyərinə təsir edib. Məsələ ilə bağlı “Apple” şirkətinin CEO-su Tim Cook “CNBC” kanalına müsahibə verib. O, bildirib ki, tədariklə bağlı yaşanan problemlər səbəbi ilə şirkət 6 milyard dollar zərər edib.

“Microsoft”un isə gəlirlərinin artışında əsas səbəb “Xbox” olduğu güman edilir. Bir neçə il ərzində “Windows 11” ilə dəyərini daha artırması təxmin edilən “Microsoft” şirkətinin “Apple” ilə arasındakı dəyər fərqini 2022-ci ilin ilk rüblüyündən etibarən artırması istisna edilmir.

 

Qeyd edək ki, bir ildən daha uzun müddətdir ki, dünyanın ən dəyərli şirkəti olan “Apple”ni Səudiyyə Ərəbistanının milli neft şirkəti “Aramco” izləyir.