Fotoqraflığın sirrləri

  • 16 Noyabr 2021
  • 28

Bəzi insanlar fotoqraflıq ilə hobbi kimi məşğul olsa da, əksəriyyəti pul qazanmaqda maraqlıdır. Bu gün isə fotoqraflıq ilə maraqlananların sayı sürətli artmaqda davam edir.

Fotoqraflığa yeni başlamaq istəyənlərlə ilə bağlı saytımıza müsahibə verən fotoqraf Müzəffər İsmayılovun sözlərinə görə, fotoqraflığa ilk addımı atanlar son model fotoaparat ilə fəaliyyətlərinə başlamamalıdırlar:

“Fotoqraflığa yeni istehsal edilən və qiyməti kifayət qədər baha olan fotoaparat ilə başlananda çətin situasiyaya düşülmür və asana öyrəşilir. Bundan sonra isə fotoqrafın fəaliyyəti ancaq fotoaparatın düyməsini sıxmaqdan ibarət olur. Düzdür, bahalı aparatlar yaxşı şəkillərin ərsiyəyə gəlməsində kifayət qədər rol oynayır. Amma onlar bir çox funksiyanı yerinə yetirdiyi üçün fotoqraflarda arxayınlıq yaranır. Orta seqment aparatlar ilə daha yaxşı iş ərsiyəyə gətirmək adına fotoqraflar özlərini daha çox inkişaf etdirir. Özünü inkişaf etdirən insan isə asan situasiyaya keçid edəndə daha keyifyyətli işlər ərsiyəyə gətirir.”

M. İsmayılov fotoqraf olmaq istəyənlərə istifadə edəcəkləri fotoaparatın xüsusiyyətlərini öyrənməklə yanaşı, fotoşop və fotoredaktə üçün digər proqramları da daha dərindən öyrənməyi məsləhət görüb:

“Hətta keyfiyyətli iş ərsiyəyə gətirəndə də bəzən işıq az olur, bəzən rənglər solğun düşür və s. Fotoqraf fotoşopla bu əskiklikləri tamamlamalıdır. Sadəcə bir düyməni basmaqla keyfiyyətli iş ərsiyəyə gətirmək mümkünsüzdür.

Əgər ümumiləşdirsək, fotoşop proqramları və fotoaparat avadanlıqlarından istifadə etməyi öyrənib, sonra fotoqraflıq fəaliyyətinə başlamaq lazımdır.”