Hansı kosmetik vasitələr zərərlidir?

  • 19 Noyabr 2021
  • 23

Qadınların əksəriyyəti gözəl görünmək və özlərini yaxşı hiss etmək üçün makiyaj edirlər və makiyajı çox sevirlər. Amma gözəlləşdirmək üçün istifadə edilən kosmetik vasitələr tərkibindəki kimyəvi maddələrə görə qadınların həm gözəlliyinə, həm də sağlamlığına mənfi təsir göstərə bilər.  Bu gün ən sadə materiallardan hazırlanan minlərlə kosmetik məhsul çox ucuz satılır. Qadınların əksəriyyəti əsasən lisenziyasız istehsal olunan və sağlamlıq yoxlamasından keçməmiş məhsullardan istifadə edirlər. 

Qadınlar üçün kosmetik vasitələrin keyfiyyətli yoxsa keyfiyyətsiz olduğunu tapmaq çətin ola bilər. ALSAT.az bununla bağlı olaraq, makiyaj sənətçisi Afaq Ələkbərə müraciət edib. O, brend kosmetik vasitələrdən istifadə etməyi məsləhət görüb:

“Kosmetik vasitələr alarkən brend məhsullara müraciət etmək lazımdır. Çünki qiymətindən asılı olmayaraq, bütün brend məhsullar zavodlarda, fabriklərdə hazırlanır. Bundan başqa, həmin məhsullar müəyyən testlərdən, sınaqlardan keçir. Amma bəzi bahalı brendlər lokallaşdırma (yan sənaye) müəssisələrində hazırlanır. Bu kosmetik vasitələr təhlükəlidir. Həmin kosmetik vasitələri əldə etməkdənsə, ucuzluq brend məhsullar almaq məhləhətlidir. Çünki bu halda biləcəksiniz ki, fabrikdə istehsal olunan və sınaq testlərindən müvəffəqiyyətlə keçən məhsul alırsınız.”