Hava dəyişkənliyi bizi depressiyaya sala bilər?

  • 10 Noyabr 2021
  • 18

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu bu gündən etibarən hava şəraitinin kəskin dəyişəcəyini istisna etmir. Havaların kəskin dəyişməsi hidrometeoroloji proseslərdə baş verən dəyişikliklərə qarşı həssas olan insanlara müxtəlif cür təsir edir.

Alsat.az məsələ ilə əlaqədar olaraq, psixoloq Təhmasib Cavadzadəyə müraciət edib. Onun bildirdiyinə görə, hava ilə bağlı olaraq yaranan ruh düşkünlüyü insanın öz düşüncəsindən asılıdır:

“Yay fəslində bəzən havanın tempraturu isti olsa da, tutqun olur. Sözügedən insanlar həmin havalarda da özlərini depressiv hiss edirlər. Bu, əsl depresiyya deyil. Çünki özümüzü hər halsız hiss edəndə depressiyada adlandıra bilmərik. Depressiyada o zaman olarıq ki, gündəlik tələbatlarımızı ödəmək istəmərik. Bu proses isə ən azı 2 həftədən daha uzun müddət çəkməlidir. Kəskin hava dəyişikliyindən təsirlənən insanlar gündəlik həyatlarına davam edirlərsə, depressiyada sayıla bilməzlər.”