İstifadə olunmuş kombilər məsləhətdir?

  • 3 Noyabr 2021
  • 28

Kombi mənzilinizin və ya iş yerinizin istilik, isti su ehtiyacını ödəyərək rahatlığınızı təmin edən cihazdır. Kombi sistemi vasitəsilə istənilən hava şəraitində mənzili, iş yerinizi isitmək və ya isti su ilə təmin etmək mümkündür.

Payız-qış mövsümünün başlanması ilə istilik sistemlərinə tələb artıb. Amma bəzi istifadəçilər üçün kombi qiymətləri büdcələrinə xitab etmir. Belə olan halda insanlar daha əvvəl istifadə olunan kombilərə müraciət edirlər. Bəs istifadə olunmuş kombilər məsləhətdirmi?

Bu sualın cavabını öyrənmək üçün kombi ustası Nadim Ramazanova müraciət etdik. O, bu prosesi “ikinci əl” avtomobil almağa bənzədərək, qeyd etdi ki, istifadə olunmuş kombini usta məsləhəti ilə almaq məsləhətdir:

“Təcrübələrimə əsasən deyə bilərəm ki, 80% halda məhsulu satan şəxslər məlumatı tam və dolğun şəkildə çatdırmırlar. Əksər hallarda məhsulu satmaq üçün bəzi mənfi xüsusiyyətlərini, problemlərini dilə gətirmirlər. Bu isə yalan danışmaqdır. Sonra da bəhanə gətirirlər ki, məhsulu sizə satan zaman bütün detalları işləyirdi. Amma bu proses usta nəzarəti ilə tənzimlənəndə bu kimi məsələlərin qarşısı alınır.”