Kondisionerlərin xarab olma səbəbləri

  • 18 Noyabr 2021
  • 22

Bu gün bir çox insanın həyatının əhəmiyyətli bir hissəsi qapalı şəraitdə keçir. Həmin insanların rahat həyat şərtlərini təmin edə bilməsi üçün kondisioner zəruri hesab edilir. Buna görə də kondisionerlər yaşayış yerlərindən iş məkanlarına qədər bütün sahələrdə istifadə olunur. Hal-hazırda kondisionerlərin istifadəyə yararlı olması gündən-günə daha çox əhəmiyyət kəsb edir.

Kondisionerdən istifadə edərkən ən çox maraq doğuran suallardan biri də kondisionerin xarab olmaması üçün nə etmək lazım olduğudur. Məsələ ilə bağlı məişət avadanlıqlarının təmiri ustası Ramil Məmmədzadəyə müraciət etdik. O, kondisionerin texniki baxışı və quraşdırılması məsələsinə diqqət çəkib:

“Kondisionerə il ərzində bir dəfə texniki baxış keçirilməlidir. Onun təmizliyinə, qazına nəzarət etmək lazımdır. Kondisioneri quraşdıran insan da böyük rol oynayır. Çünki kondisioneri quraşdıran zaman bağlantılarını elə tənzimləməlisən ki, kondisionerdə hər hansı sızma olmasın.”