LED TV-lər niyə "yanır"?

  • 5 Noyabr 2021
  • 27

LED TV-lər flüoresan lampaların və ya LED-lər tərəfindən matrisin maye kristallarının arxa işıqlandırılması prinsipinə əsaslanır. İngiliscə “light emitting diode” adlanır, tərcümədə “yüngül işıq diodu" mənasını verir. LED TV-lər bir sıra üstünlükləri özündə cəmləşdirir. Buna nümunə olaraq, elektrik enerjisini daha az sərf etməsini göstərmək olar. Amma LED TV-lərdə rast gəlinin problemlərdən biri, hətta birincisi “ekran yanmasıdır”. Xalq arasında “televizor donması” da deyilən bu problem görüntünün bir müddət stabil qalmasıdır.

Problemin səbəbini öyrənmək üçün televizor təmiri ustası Bəşir İbrahimova müraciət etdik. O, bu prosesi avtomobil və ya mənzilin lampasının sıradan çıxmasına bənzədərək, qeyd etdi ki, bu problem bütün TV istehsalçı markaları üçün keçərlidir:

“LED lampalara 10 min saat istifadə edilmə müddəti tanınır. Həmin müddət tamamlananda isə sıradan çıxırlar. Onları təmir edən zaman tamamilə yenisi ilə əvəzləmək lazımdır, çünki tək halda əvəzləyəndə 1-2 ay sonra yenə sözügedən problem təkrarlanır.”