Milli Dirçəliş Günü

  • 17 Noyabr 2021
  • 124

17 Noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür.

Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan və 18 gün fasiləsiz davam edən etiraz mitinqləri ilə bağlıdır.

Həmin tarixdə Bakının əsas meydanı hesab edilən Azadlıq meydanına (həmin vaxt Lenin meydanı adlanırdı) toplaşan 1 milyonadək insan rəsmi Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz etdi. Mitinqlər zamanı Azadlıq meydanında ilk dəfə Azərbaycanın milli bayrağı qaldırıldı və Sovet İttifaqından ayrılmaq məsələsi gündəliyə gətirildi. Dekabrın 4-dən 5-nə keçən gecə Sovet Ordusunun qüvvələri və ağır texnikası Azadlıq meydanına yeridildi. Mitinq dağıdıldı və fövqəladə vəziyyət elan edildi.

Bu mitinq Azərbaycan xalqının milli-azadlıq hərəkatı idi. Beləliklə, ən yeni tariximizdə "Meydan hərəkatı" adını və Azərbaycanın tarixinə milli dirçəliş aksiyaları kimi düşdü.