Paltaryuyan maşınlar niyə "gəzir"?

  • 13 Noyabr 2021
  • 29

Gündəlik ev işlərində ən faydalı köməkçilərimizdən biri paltaryuyan maşınlardır. Amma paltaryuyan maşınların həddindən artıq titrəməsi və hərəkət etməsi ciddi problem təşkil edir. Bu vəziyyətdə nə etməliyik?

Bu sualın cavabını öyrətmək üçün məişət avadanlıqlarının təmiri ustası Kamal Səlimliyə müraciət etdik. O, qeyd etdi ki, paltaryuyan maşının ayaqları döşəmə səthinə bərkidilməyəndə hərəkət edir:

“Paltaryuyan maşının ayaqlarının möhkəmlənə bilməsi üçün döşəmə səthi kafel-metlaxdan ibarət olmalıdır. Döşəmə səthi taxtadan ibarət olduğu halda paltaryuyan maşının ayaqları zəminə sabitlənsə də, müəyyən müddət sonra effektivliyini qoruya bilmir. Bundan başqa, paltaryuyan maşının amarizatoru sıradan çıxanda bu hallar yaşanır. Sözügedən problemə 5-6 il ərzində istifadə olunan paltaryuyan maşınlarda rast gəlinir.”