Vakansiya: Satış üzrə Mütəxəssis
Vəzifə öhdəlikləri və iş barədə məlumat
- Satış hədəflərini yerinə yetirmək
- Müəyyən edilən marşrut planı üzrə potensial müştəriləri tapmaq, xidmətlərimizi telefonla və ya canlı görüşlər vasit yüksək səviyyədə təqdim edib, satış prosesini reallaşdırmaq
- Satış prosesindən sonra baş tutan əməliyyatları, çatdırılma və ödəmə proseslərini izləmək
- Müştərilərlə ünsiyyətin qurulması və iş birliyinin yaratmaq
- Reklam materiallarından effektiv istifadə etmək
- Şəxsi müştəri bazasını yaratmaq, artırmaq, mövcud müştərilərlə əməkdaşlığı uzunmüddətli saxlamaq və genişləndirmək
- Gündəlik nəticələr haqqında hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
- Planlaşdırma, təqdimat və marketinq tədbirlərində iştirak etmək
- 5 günlük iş rejimi, 09.00-dan 18.00-dək
- Əmək haqqı: 500 AZN (fiks) + Satış kvotası yerinə yetirildikdə əlavə bonuslar
- Nahar şirkət tərəfindən qarşılanır
Tələblər
- 19-40 yaş arası namizədlər
- Ali və ya orta ixtisas təhsili
- Satış sahəsində ən azı 1 il iş təcrübəsi olmalı
- Yüksək səviyyədə ünsiyyət, tanıtım və inandırma bacarığı olmalı
- Azərbaycan dilini yüksək səviyyədə, Rus dilini orta səviyyədə bilməli
- Ms Office Package (Ms Word, Excel, Power Point) istifadəçi səviyyəsində bilməli
- Stresə davamlılığı olmalı və çətin vəziyyətlərdə sərbəst qərar verməyi bacarmalı
- Komandada işləmə bacarığı olmalı
CV-lərinizi [email protected] ünvanına yollaya bilərsiniz. Mövzu hissəsində "Satış üzrə Mütəxəssis" qeyd etməyiniz xahiş olunur.
Əlaqə nömrəsi: +994 55 225 85 00