"ŞƏFA" Qaraqaşlı Broyler ASC Fəxri xiyaban və İkinci Şəhidlər xiyabanında

  • 9 Noyabr 2021
  • 32

"ŞƏFA" Qaraqaşlı Broyler ASC-nin rəhbər heyəti və əməkdaşları 8 Noyabr – Zəfər günü münasibəti ilə Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət edilib, abidəsi önünə gül dəstələri qoyularaq, xatirəsi hörmət və ehtiramla anılıb.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər gül dəstələri düzülüb.

Daha sonra  ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz və unudulmaz xatirələri yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərlərinə qərənfillər qoyulub.

"ŞƏFA" Qaraqaşlı Broyler ASC-nin rəhbər heyəti şirkət kollektivi adından “Əbədi məşəl” abidəsi kompleksinin önünə əklil qoyub, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Video hesabat üçün klik edə bilərsiniz.