Soyuducudan gələn səslər

  • 13 Dekabr 2021
  • 59

Ölçüləri fərqli olsa da yaşayış və ya iş yerlərində, hətta şəxsi nəqliyyat vasitələrində soyuduculardan istifadə edilir, amma intensiv və ya yanlış istifadə nəticəsində soyuducularda nasazlıq halları baş verə bilir. Ən çox qarşılaşılan problem isə soyuducudan əlavə səslərin gəlməsidir.

“Defrost soyuducularda əlavə səs yarandığı təqdirdə bu, soyuducunun motorundan və ya sistemindən qaynaqlana bilər.”

Bu sözləri məişət avadanlıqlarının təmiri ustası Cavanşir Babayev soyuducularda əlavə səslərin gəlməsi barəsində saytımıza müsahibə verərkən deyib. Onun sözlərinə görə, no frost soyuducularda isə səsə səbəb olaraq, ventilyatoru göstərə bilərik:

“Soyuducuların buzları əritmə sistemi var. Həmin sistem soyuducuların səthinin arxa tərəfində buz qalıqlarının yaranmasının qarşısını alır. Soyuducudan düzgün istifadə etməyəndə isə həmin buzlar ərimir və ventilyatorun pərinə toxunur. Səsin yaranma səbəbi budur. Buzların əriməmə səbəbi isə müxtəlifdir. Buna misal olaraq, qızdırıcını, yağ təzyiq göstəricisini göstərə bilərik. Konkret səbəbi müəyyənləşdirmək üçün yoxlanışa ehtiyac duyulur. Belə problem yarandığı təqdirdə həlli üçün peşəkar mütəxəssisə müraciət etmək lazımdır. Çünki istifadəçi soyuducunu təmir edərkən onun işlək olan digər hissələrini zədələyə bilər.”