Yeni müəssisələr üçün SMM işinin təşkili

  • 15 Noyabr 2021
  • 29

Xüsusilə rəqəmsallaşan dünyada sosial media şəbəkələrində istifadəçilərə çatmaq, hədəf auditoriya ilə ünsiyyət qurmaq, rəy almaq, brend şüurunu artırmaq və rəqibləri izləmək əhəmiyyətli hal alıb.

Amma Sosial Media Marketinqi (SMM) əhəmiyyətli olduğu qədər, maddiyyat tələb edən sahədir. Bu səbəbdən yeni yaranan müəssisələr üçün bu sahəyə büdcə təyin olunarkən müəyyən çətinliklər yaşanır.

“Yeni iş quran sahibkarların SMM işinin təşkilini professional yoxsa qeyri-professional şəkildə etməsi sektordan, investisiyadan, potensial müştəri bazasından asılı olaraq dəyişir.”

Bu sözləri marketoloq Orxan Salmanov yeni müəssisələr üçün SMM işinin təşkili barəsində saytımıza müsahibə verərkən deyib.

Onun sözlərinə görə, biznesmen SMMişiylə məşğul olaraq öz vaxtını xərcləmiş olur:

“Biznes qurmaq müəssisənin bütün işlərini biznes quran şəxsin üstlənməli olduğu mənasını daşımır. Biznes qurarkən marketinq departamentinə büdcə ayrılmalıdır. Bu səbəbdən büdcəyə uyğun “freelancer” təyin etmək və ya yaxud müəssisə daxilindən bir əməkdaşı vəzifələndirmək lazımdır.

Biznesmenin marketinq biliyi olmalıdır. Bu marketinq biliyi ilə qərar verilməlidir ki, büdcə SMM-ə yoxsa reklama ayrılmalıdır.”